Adətən 3-4 həftə. Məhsul Çindən hava yolu ilə Azərbaycana gəlir, sonra Azərpoçt çatdırır. Daha tez söz vermirik.
Çatdırılma ödənişlidir?+
Yox, çatdırılma haqqı məhsul qiymətinə daxildir.
Hansı ödəniş üsulları qəbul olunur?+
Hazırda Stripe üzərindən Visa/Mastercard test rejimi. Yaxın həftələrdə Kapital Bank və m10 əlavə olunacaq.
Paket gəlməsə nə olur?+
Təxmini tarixdən 14 gün keçirsə destek@cebomarket.com ünvanına yaz — pulunu tam geri ödəyirik. Detallı: /qaytarma.
Məhsul zədəli çıxsa?+
7 gün ərzində paketin və məhsulun şəkillərini bizə göndər. Pulun geri ödənilir və ya yenidən göndərilir — sənin seçimin.
Sifarişi ləğv edə bilərəm?+
Ödənişdən sonra ilk 2 saat içində bizə yaz — tədarükçüyə hələ göndərilməyibsə ləğv edirik. Sonra çətinləşir, çünki məhsul artıq Çindən yola çıxır.
Sifarişi izləyə bilərəmmi?+
Tədarükçü izləmə nömrəsi verdikdə sənə e-poçt göndərilir və "Sifarişlərim" səhifəsində göstərilir. İlk 5-7 gün izləmə görünməyə bilər — bu normaldır.
CEBO MARKET kimdir?+
Bakıdakı kiçik komandayıq. Hekayəmiz: /hekaye
Brendlər həqiqidir?+
Məhsullar müstəqil Çin studiyalarından gəlir. Saytda gördüyün "brend" əksər hallarda CEBO-nun seçimidir, dünya markası deyil. Onları öz adımız altında satmırıq — şəffaf olmaq istəyirik.