CEBO MARKET dropshipping modelilə işləyir — məhsullar Çinin müxtəlif studiyalarından birbaşa səndə gəlir. Aşağıda hər mərhələni dürüstlüklə izah edirik.
Sifariş ödənildikdən sonra məhsul tədarükçüyə göndərilir. Çindən Azərbaycana hava yolu ilə çatdırılma adətən 21-28 gün çəkir. Heç bir vəd vermirik — gerçək rəqəm budur. "Sabah qapında" oyunu oynamırıq.
Hazırda CJ-in seçdiyi ən sərfəli daşıyıcıdan istifadə edirik — adətən China Post Air Mail kanalı ilə Azərpoçt-a düşür. Yaxın poçt şöbəsindən almağa gəlirsən. DHL və FedEx kimi sürətli xidmətlər hələ ki paketin qiymətini iki dəfə artırdığı üçün istifadə etmirik.
Çatdırılma haqqı məhsula görə hesablanır və səbətdə ayrıca sətirdə göstərilir — gizli xərc yoxdur. Adətən kiçik paket üçün 3-8 AZN arası dəyişir.
Tədarükçü izləmə nömrəsi verən kimi sənə e-poçt göndəririk. Nömrəni Sifarişlərim səhifəsindən də görə bilərsən. Bəzən tədarükçü ilk 5-7 gündə izləmə vermir — bu normaldır, paket fiziki olaraq hələ skan olunmayıb.
Hazırda yalnız Azərbaycan daxili çatdırılma var. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərə Azərpoçt vasitəsi ilə çatdırırıq.
Təxmini tarixdən 14 gün keçibsə destek@cebomarket.com ünvanına sifariş nömrəsi ilə yaz — pulunu tam geri ödəyirik. Tam siyasət: /qaytarma.